"Kondisionerlər uşaqların düşmənı deyil" - HƏKİM İZAH ETDİ

"Kondisionerlər uşaqların düşmənı deyil" - HƏKİM İZAH ETDİ

"Kondisionerlər uşaqların düşməni deyil. Əgər gərəkli önləmləri alsanız ondan etibarlı şəkildə istifadə edə bilərsiniz. Kondisioner xüsusən isti yay aylarında bədəni istiyə həssas körpə üçün əvəzedilməzdir. Uşaq dərisi mayeni itirməyə daha meyilli olduğu üçün isti mühit daha pis təsir edir". Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Onun sözlərinə görə, uşaqlar üçün ideal temperatur 22 dərəcə olsa da, olduqları mühitin gündüz 21-24, gecə 19-21 dərəcə arası olmağı lazımdır: "Uşaqlar temperatur dəyişikliklərinə həssas olurlar. Temperaturun çox yüksək və ya çox aşağı olmağı narahatlıq, yuxudan tez-tez oyanma və tez-tez xəstələnmələrinə səbəb ola bilər. Ev içi, maşın və çöl havası arası fərq 10 dərəcədən çox olmamalıdır. Kəskin fərq uşaqda müəyyən narahatlıqlara səbəb olur.

Eyni zamanda olduğu mühitdə kondisioner birbaşa uşağın üzünə vurmamalı, yatırsa üzəri nazik örtüklə örtülməlidir".

Yüksel Hüseynli sözlərinə belə davam edib: "Kondisionerdəki filterlər tez-tez dəyişdirilməlidir. Əks halda nəmişlik səbəbi ilə filterlərə müxətlif mikroorqanizmalar, kif göbələkləri toplanır ki, bu bütün uşaqlar üçün,xüsusən allergik uşaqlar üçün ziyandır.

Bronxial astmalı, allergik rinitli və eqzemalı uşaqlar daha böyük risk altındadır. Lakin polen allergiyası olan uşaqlar yaz-yay aylarında həssas olduqları üçün pəncərələri bağlı saxlayıb, kondisionerlə ideal otaq temperaturu yaratmaq olar. Qeyd etdiyim kimi bu zaman filterlərin təmizliyinə fikir vermək lazımdır. Eyni zamanda otağın nəmlik dərəcəsinə fikir verilməli, nəm ölçən cihazlar otağa qoyulmalıdır. Otaqda nəmişlik 65 faiz olmağı ideal hesab olunur. Nəmişliyin 35-40 faizə düşməsi otaq havasını qurudur ki, bu da toz və gənələrin, kiflərin miqdarını artırır.

Beləliklə, doğru istifadə edilərsə, istifadə qaydalarına əməl olunub temperatur və nəmişliyə nəzarət olunarsa kondisionerdən faydalı şəkildə faydalanmaq olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə