Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir

Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir

“TikTok istifadəçiləri lazımi bloklanma qərarını heçə sayaraq VPN-lərə üz tuturlar. Bu bir daha göstərir ki, Azərbaycanda TikTok istifadəsi yüksək həddədir və digər platformaları çox asan qabaqlayacaq”. SİA xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında bildirib.

“Sadəcə TikTok-un bloklaması kütləvi şəkildə VPN istifadəsini artırdı. Top 45-də 33 ədəd VPN tətbiqi trenddədir. Top 10 hamısı VPN-dir. Dəhşətli rəqəmdir… Qeyd edim ki, TikTok dezinformasiya və həssas görüntülərin yayılmasının və sonra bunun bizə qarşı istifadə olunmasının qarşısını almaq məqsədilə bloklanmışdı. Lakin görünən odur ki, bəzi TikTok istifadəçiləri bu qərara hörmətlə yanaşa bilmədilər”, - deyə, Fərid fikirlərinə əlavə edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə