Qaradağ rayonunda şəhid Fərid Quliyev dəfn olunub

Qaradağ rayonunda şəhid Fərid Quliyev dəfn olunub

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısına alan zaman qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Quliyev Fərid Vahid oğlu Qaradağ rayonunda dəfn olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidin dəfn mərasimində rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb, onlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir dilənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə