Şəhid Səbuhi Əhmədovun qardaşının birinci və ikinci videosu araşdırılır - Baş Prokurorluq
Şəhid Səbuhi Əhmədovun qardaşının birinci və ikinci videosu araşdırılır
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.
"Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB