Sumqayıtda şəhid leytenant Elnur Səmədovla vida mərasimi keçirilib - FOTOLAR
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı, əslən İsmayıllıdan olan, 1988-ci il təvəllüdlü Elnur Sədaqət oğlu Səmədov Sumqayıtda dəfn edilib.
Otuz dörd yaşlı şəhidin nəşi əvvəlcə vidalaşmaq üçün doğma İsmayıllı rayonuna aparılıb və axşam saatlarında yaşadığı Sumqayıt şəhərinə gətirilib. SİA xəbər verir ki, şəhərin Şəhidlər Xiyabanında dəfn mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatları Müşviq Məmmədli, Emin Hacıyev, həmçinin Sumqayıt şəhərinin rəhbərliyi, hərbçilər və ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi və döyüş yoldaşları iştirak ediblər.
Şəhidin məzarı üstünə əklillər və tər güllər qoyulub, ruhuna dualar oxunub.
XTQ zabiti şəhid Elnur Səmədovun ailə üzvlərinə baş sağlığı verilib.
Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB