Soyuq havalarda dəriyə qulluq necə olmalıdır? - KOSMETOLOQ DANIŞDI

Soyuq havalarda dəriyə qulluq necə olmalıdır? - KOSMETOLOQ DANIŞDI

“Ümumiyyətlə bütün xanımlarda, bəylərdə yaz və payız aylarında mövsüm dəyişikliyi ilə əlaqədar vitamin çatışmazlığı yaranır”. Bu fikirləri SİA-ya açıqlamasında həkim-kosmetoloq Çinarə Kərimova bildirib.

Onun sözlərinə görə, vitamin çatışmazlığı insan dərisində müəyyən quruluq yaradır. Əllərdə dırnaq qırılması baş verir. Dəridə isə qurulaşma prosesi gedir. Ona görə bu mövsümlərdə dərini tez-tez qidalandırmaq lazımdır. Əsasən ev şəraitində A, E vitaminlərindən istifadə etmək məsləhət görülür. Kapsula formasında alınır və iynə ilə dəriyə çəkilir. Gündə 2 dəfə bunu etmək olar. Bundan əlavə hava soyuduqca hər dəfə çölə çıxmadan öncə aşağı tempratura qarşı qoruyucu vasitələrdən, kremlərdən, əsasən yağlı kremlərdən istifadə etmək lazımdır. Bunların da tərkibində quşüzümü bitkisi var ki, bu da dəriyə xüsusi təravət verir.

Düyü suyunun tərkibində nişasta yüksək olduğuna görə, ancaq yağlı dərilərin istifadəsi daha uyğundur. Amma daha çox iltihamlı dərilərdə çox gözəl effekt verir. İltihabı dayandırır və qurudur. Həftədə iki dəfə istifadə etmək olar. Düyünü suda isladıb losyon kimi də istifadə etmək olar, düyü suda yumşaldıqdan sonra onu əzib dəriyə müxtəlif meyvələrlə yaxud da kəsmik, xama ilə qarışdırıb 20 dəqiqəlik maska formasında qoymaq olar. Maska sonra ilıq su ilə yuyulur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə