Cəza nədir və nə üçündür? - PSİXOLOQ AÇIQLADI

Cəza nədir və nə üçündür? - PSİXOLOQ AÇIQLADI

“Cəza bir davranışın təkrar edilməməsi üçün tətbiq edilən müəyyən məhdudiyyət forması və acı verən üsuldur. Məsələn, uşağı vurmaq, otaqda bağlı saxlamaq, məhrum etmək və digərləri. Cəza uşaqda qorxu yaradır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, uşaq müəyyən davranışı həyata keçirməyi istəmədiyindən deyil, cəzadan qorxduğu üçün etmir: “Adətən, uşaqlar cəzadan qaçmaq üçün yalan söyləyir. Uşağın yalan danışması isə valideynin “məğlub olması” deməkdir”.

Psixoloq sözlərinə belə davam edib: “Maraqlıdır, bəs cəza verməsək necə davrana bilərik? Məşhur uşaq psixiatrı Dr.H.Ginotta’a görə cəza ilə verilən təlim-tərbiyə funksionallığını itirir, cəzalanan uşaq peşiman olmaq, səhvini qəbul etmək yerinə intiqam xəyallarına yönəlir. Cəza müddətli olmalıdır. “Sənə bundan sonra həyətdəki uşaqlarla oynamağı qadağan edirəm” deyil, “3 gün müddətində həyətdəki uşaqlarla oynamayacaqsan” demək daha doğrudur. Valideynləri seçmirlər. Övladları da həmçinin. Amma uşaqlar böyükləri təmənnasız sevirlər. Valideynlərə gəldikdə isə onlar övladlarının davranışlarında, həm də öz addımlarını müşahidə edə bilər. Çünki azyaşlılar hər zaman böyükləri təkrarlayır. Bütün uşaqların qorxu və təhlükədən uzaq olması diləyi ilə…”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə