Azərbaycanla Dünya Bankı arasında 30 illik əməkdaşlığı əks etdirən poçt markası buraxılıb - FOTO

Azərbaycanla Dünya Bankı arasında 30 illik əməkdaşlığı əks etdirən poçt markası buraxılıb - FOTO

“Azərpoçt” MMC Azərbaycanla Dünya Bankı arasında 30 illik əməkdaşlığı əks etdirən poçt markası buraxıb.
SİA xəbər verir ki, markanın basılma mərasimi bu gün Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forum çərçivəsində baş tutub.

Markanın basılması “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə