Erməni təxribatlarına Azərbaycan Gəncliyinin BAXIŞI - SORĞU

Erməni təxribatlarına Azərbaycan Gəncliyinin BAXIŞI - SORĞU

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi Ali Baş Komanda İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun gücü ilə 44 gün ərzində Azərbaycanın Zəfəri ilə başa çatdı. Bu Qələbə bizim gücümüzü bütün dünyaya tanıtdı. Bu uğuru əldə etmək üçün Azərbaycanın igid qəhrəmanları, qorxmaz döyüşçüləri öz canlarından keçdi. Vətən bölünməz şüarı ilə torpağımızın hər zərrəsini düşmən tapdağından azad etmək üçün qanlarının hər zərrəsini vətənə fəda etdilər. Amma erməni tərəfi hələ də bu məğlubiyyəti həzm etməmiş, hər dəfə təxribatlar törətməyə çalışmışlar. Azərbaycan hər zaman özünü təmkinli aparmış və bu məsələləri sülh yolu ilə həll etmək üçün yollar axtarıb. Amma ermənilər yenə də dinc dayanmadılar.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. SİA erməni təxribatları ilə bağlı gənclərin fikrini öyrənib:

Azərbaycan gənci Xalidə Qafarova: “Biz 30 ildən çoxdur ki, ordumuzu, diplomatiyamızı gücləndirərək işğal altında olan torpaqlarımızı azad etmək üçün çox səylər göstərmişik. Biz bugünkü qələbəmizi ordumuzun gücünə borcluyuq. Tarix boyu hər zaman Azərbaycan həqiqətləri gizlədilib, Azərbaycanın haqq səsini heç bir dövlət eşitmək istəməyib. Biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad etdik. Bir Azərbaycan gənci olaraq b öz dövlətimizin həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. Biz öz tariximizi yaxşı bilməliyik. Biz faktlarla öz tariximizi müdafiə etməliyik”.

Azərbaycan gənci Rafael İsgəndərov: “Ermənilərin ölkəmizə qarşı, mövqelərimizə qarşı törətdiyi təxribatların kökü keçmişə dayanır. I Qarabağ müharibəsini görməsəm də özümü tanıdığım vaxtdan Ermənistanın dövlətimizə qarşı törətdiyi cinayətlərin şahidiyəm. Buna qarşı çox böyük qəzab hissi keçirirəm. Ermənilər mənum insanları qətlə yetirmiş, körpələrə belə insaf etməmişlər. Ərazilərimizi işğal etmiş və tariximizi saxtalaşdırmağa çalışıblar. İgid oğullarımız vətən uğrunda canından keçmişlər. Biz elə bir düşmənlə üz-üzəyik ki, bu düşməndən hər an hər şey gözləmək olar”.

Azərbaycan gənci Duyğu Əliyeva: “Uşaqlığımdan bəti müharibələrlə bağlı çox eşitmişəm. Hətta 2020-ci ildə müharibənin şahidi olmuşam. Əlbəttə müharibənin baş verməsi pisdir, lakin haqsız bir müharibənin olması daha da pisdir. Vətən övladları öz vəzifələrini qürürla, şərəflə yerinə yetirirlər. Mənfur düşmənlərimiz illərdir torpaqlarımızı işğal etmişlər. Biz torpaqlarımızı azad etdikdən sonra da erməni tərəfi öz təxribatçı əməllərindən əl çəkmirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bizim ərazi bütövlüyümüz bərpa olunub”.

Azərbaycan gənci Ehtiram Hüseynli: “Əlbəttə erməni tərəfi hər zaman təxribatlar törətməyə çalışıb. Çünki onlar məğlubiyyəti qəbul edə bilmirlər. Bizim torpaqlara göz dikiblər. Özlərini buranın sahibi olduğuna inandırıblar. Amma biz onlara lazım olan cavabı verdik. Qarabağ bizimdir. Nə qədər təxribatlar törətsələr də ancaq özlərinə ziyan verəcəklər"

Azərbaycan gənci Zeynəb Həsənəliyeva: "Ermənilər ömür boyu kinli bir xalq olublar. Onlar bilirlər ki, bu torpaqlar onların deyil. Buna baxmayaraq yalandan bu torpaqlara sahib olmaq istəyirlər. Torpaqlardan bir parça belə qoparmaq onlar üçün kar hesab edilir. Amma bilmirlər ki, biz torpaqlarımızın bir qarışını belə onlara verməyəcəyik".

Azərbaycan gənci Cəmalə Rzayeva: "Onlar hər zaman nankor olublar. Torpaqlarımız işğal altında olanda belə bu təxribatları davam etdirirdilər. İndi torpaqlarımızı işğaldan azad etdik yenə də təxribatlar törədirlər. Onlar kimi qansız, cığal millət yoxdur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə