19 yaşlı şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir - Sumqayıtda
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlunun nəşi ailəsinə təhvil verilib. SİA-nın xəbərinə görə, 19 yaşlı şəhidimizin nəşi yaşadığı ünvana - Sumqayıt şəhərindəki 42-ci məhəlləyə gətirilib.
Vida mərasimində şəhidimizin yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.
Vida mərasimindən sonra şəhidimiz Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB