Sankt-Peterburqdakı soydaşlarımız sosial aksiya təşkil ediblər

Sankt-Peterburqdakı soydaşlarımız sosial aksiya təşkil ediblər

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzi” qeyri-kommersiya təşkilatı sosial xarakterli aksiya keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, azərbaycanlı fəallar payızın gəlişi münasibətilə “Berejnıye ruki” pansionatındakı ahıl şəxsləri ziyarət ediblər. Mərkəzin direktoru Eldar Əlizadə, sədri Nicat Bayramlı, idman şöbəsinin rəhbəri Əli Nəsirov, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşı Rəhim Rəhimzadə və başqaları görüşdə çıxış edərək pansionat sakinlərinə cansağlığı arzulayıb, belə mərkəzlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonra mərkəz fəallarının ifasında bədii proqram təqdim edilib.

Tədbir çərçivəsində əyləncəli müsabiqələr və oyunlar təşkil edilib, fəal iştirakçılara suvenirlər hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə