Qeyri-davamlı yüksək gübrə qiymətləri ərzaq təhlükəsizliyi üçün risk yaradıb.
SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq kredit reytinq agentliyi “Standard & Poor's2 (S&P) tərəfindən verilən açıqlamada bildirilir: “Gübrə qiymətləri “Covid-19” epidemiyasından sonra tədarükün kəsilməsi, 24 fevraldan başlayan Rusiya-Ukrayna müharibəsi və Çinə ixrac məhdudiyyətləri səbəblərindən tarixinin ən yüksək səviyyəsinə çıxıb.
Son 2 ildə fosfat, karbamid və kaliumun qiymətləri təxminən 190, 170 və 280 faiz artıb.
Gübrə qiymətlərinin dayanıqsız yüksək olması ərzaq təhlükəsizliyi üçün risk və xəbərdarlıqdır.
Fırtınalı bazar həm də ən böyük gübrə ixracatçısı olan Rusiyadan asılılığın azaldılması zərurətindən xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB