Baş Prokurorluq Elçin Sadıqovun vəkilləri ilə görüşə bilməməsi barədə məlumatlara münasibət bildirib

Baş Prokurorluq Elçin Sadıqovun vəkilləri ilə görüşə bilməməsi barədə məlumatlara münasibət bildirib

Baş Prokurorluq həbsdə olan vəkil Elçin Sadıqovun vəkilləri ilə görüşə bilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya bildiriblər ki, bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə