"AQTA əsasnamədəki tələblərə nail ola bilmir" - AİB SƏDRİ AÇIQLADI
"Aşkar olunmuş nöqsanlar barədə Qida Təhlükəsizlik Agentliyi öz saytında ictimaiyyətə məlumat verib. Bu nöqsanların çeşidi çox müxtəlifdir: İşçilərin sanitar yoxlamadan keçirilməsi, heyvanların kəsilməsi, baytarlıq nəzarəti və s.". Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri qeyd edib ki, AQTA məhsulları tarladan və fermadan istehlakçının masasına qədər izlənilməsi prosesini həyata keçirdir: "Təbii ki, bu müəyyən normativlər üzrə həyata keçirilir. Çox təəssüflər olsun ki, AQTA nizamnaməsində nəzərdə tutduğu hədəflərə çatmayıb. Çünki bir çox biznes qurumları buna uyğunlaşmayıb. Hökumətin bir tərəfli biznesin inkişafı siyasəti AQTA-nın əl-qolu bağlayaraq, müəyyən inzibati tənbehlər etməsinə imkan vermir. Sovet dönəmindən qalmış yalançı həkimlərdən keçmək və pasportlar düzəltmək və s. bunların hamısı hələ də ölkədə davam edir. Keçmiş fikirlə qalmış insanların baytara inanmaması ona dəlalət edir ki, insanlar göz qabağında olan heyvan kəsiminə üstünlük verirlər. Bu kimi problemlər hələ də davam edir. Çox təəssüf ki, AQTA tam dəyuşməyə nail ola bilməyib. Ümumiyyətlə, biz bilməliyik ki, ailə başçılarının, ölkə Prezidentlərinin öz ölkəsi və xalqı üçün yaxşı fikirləri ola bilər. Lakin bu fikirlər ailə üzvləri tərəfindən təsdiqlənmədiyi halda həmin yaxşı fikirlər xəyal olaraq qalır. AQTA ictimaiyyətin hələ lazimi səviyyədə dəstəyini qazana bilməyib. Ona görə də ictimaiyyət AQTA-ya kifayət qədər kömək etmir. Əhalinin bu mövqedə olması çox yanlışdır, onlar bütün proseslərdə AQTA-ya yaxından kömək etməli, eyni zamanda, nöqsanlar barədə qaynar xətt vasitəsilə məlumat verməlidirlər. AQTA-nın çatışmayan mühim cəhədlərindən biri siz jurnalistlərin gördüyü işləri yaxşı təqib edə bilmir. Jurnalistlər bütün günü qarışqa kimi informasiya axtarıb, onları ictimaiyyətin nəzərinə çatdırırlar. Mən AQTA-da ictimai şuranın üzvü olaraq məsələ qaldırmışam ki, gündəlik olaraq jurnalistlərin gördüyü işlər izlənilməlidir. AQTA idə bu işi edə bilmir. Ona görə də, müəyyən nöqsanlarla üzləşir. Əhalinində fəallığına nail ola bilmir. Belə bir şəraitdə qidanın təhlükəsizliyinin təmin olunması hələ ki, ortalığda qalıb. Mümkün olanını AQTA edir və öz fəaliyyətin müəyyən siyasət dəyişikliyi edib. AQTA artıq müəssisələrin və məhsulların adını çəkir. Bu, çox yaxşı bir cəhətdir, biz bunu dəstəkləyirik. Lakin elə etməliyik insanlar AQTA-ya dəstək versinlər və AQTA-da jurnalistlərin verdikləri informasiyaları ciddi şəkildə təqib etməlidir. Azad İstehlakçılar Birliyi olaraq biz daima Qida Təhlükəsizliyi Agentliyinə dəstək oluruq və istəyirik ki, onlat əsasnamədə qoyduqları tələblərinə nail olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB