Allahşükür Paşazadə Qazaxıstanın Prezidenti ilə görüşüb

Allahşükür Paşazadə Qazaxıstanın Prezidenti ilə görüşüb

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

SİA “Nur.kz” agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın dövlət başçısı Dünya Ruhani Liderlərinin Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə töhfə verəcəyinə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə