Şəhid Nihad Abdullayevin xatirəsinə inşa olunan bulaq-kompleksi

Şəhid Nihad Abdullayevin xatirəsinə inşa olunan bulaq-kompleksi

Ağstafada Vətən müharibəsi şəhidi Nihad Abdullayevin xatirəsinə inşa olunan bulaq-kompleksinin açılışı olub. Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Nihad Abdullayevin və digər ağstafalı şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları xatirə kompleksinə gül dəstələri düzüb, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə 2002-ci ilin aprelin 13-də Ağstafa şəhərində dünyaya göz açan şəhid Nihad Abdullayevin keçdiyi şərəfli ömür yolundan, Vətənə olan sonsuz məhəbbətindən və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi döyüş meydanında göstərdiyi igidlikdən geniş bəhs edilib.

Qeyd edək ki, şəhid Nihad Abdullayev “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə