Vətən müharibəsi qəhrəmanı anıldı - FOTOLAR

Vətən müharibəsi qəhrəmanı anıldı - FOTOLAR

44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin zabiti vətən müharibəsi qəhrəmanı baş leytenant İbrahimli Adil Asəm oğlunun anadan olmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

09.09.2022-ci il tarixində Ikinci fəxri xiyabanda baş tutmuş tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, icra hakimiyyəti nümayəndələri, ictimai xadimlər, şəhidin yaxınları və zabit yoldaşları iştirak etmişdir.

Tədbirdə çıxış edənlər Adil İbrahimlinin döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, onun və bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulamışdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə