Rəngli içkilər insan orqanizmi üçün nə dərəcədə zərərlidir? - QİDA ÜZRƏ MÜTƏXƏSSİS İZAH ETDİ

Rəngli içkilər insan orqanizmi üçün nə dərəcədə zərərlidir? - QİDA ÜZRƏ MÜTƏXƏSSİS İZAH ETDİ

“Bu gün bir çox qida məhsullarında rəngləndiricilərdən istifadə olunur. Bu, təkcə içkilərə deyil, bütün məhsullara aiddir. Rəngləndiricilərin 2 növü var: Süni və təbii. Təbii rəngləndiricilər əgər qidalara, eyni zamanda, içkilərə qatılıbsa, bunun zərərləri çox olmur”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Qida mütəxəssisinin sözlərinə görə, təbii rəngləndiricilər adından da, göründüyü kimi təbii qidalardan, yəni təbiət və heyvan mənşəli, mineral qaynaqlardan əldə olunan piqmentlər nəticəsində alır: “Bu rənglər də qidalara qatılırsa, müəyyən miqdarda qəbul edilməsi insan orqanizminə o dərəcədə zərər vermir. Misal olaraq, bitkilərin tərkibindəki lekopen maddəsi qırmızı rəng verir və s. Lakin bunları əldə etmək həddindən artıq zəhmətli və müəyyən maddi vəsait tələb etdiyinə görə, bir çox hallarda insanlar istehsal vasitələrində süni rənglərdən istifadə edirlər. Bu kimi rəngləndiricilər də daha çox kimyəvi maddələrdən alınır. Kimyəvi rəngləndiricilər böyük bir məhsulu tez bir zamanda rənginin dəyişməsinə səbəb olur. Süni rəngləndiricilər də özünə görə bir neçə yerə bölünür. Bunlar da heç bir halda orqanizm üçün məsləhətli deyil. Həmin maddələrdən müəyyən miqdarda istifadə etdikdə orqanizmimizdəki funksiyaların pozulmasına gətirib çıxarır. Çünki bu cür rəngləndiricilər kimyəvi maddələrdən olduğu üçün həzm olunmur, eyni zamanda da, orqanizmdən xaric olma prosesi də müəyyən çətinlik yaradır. Bu da toksin və yığıntılar şəklində qalır. Bu yığıntılar da mədə divarı, qida borusu, dili üzərində dad reseptorlarının dağılmasına, qara ciyərdə toplanaraq qana qarışmasına da səbəb olur ki, bu da orqanizmin yavaş-yavaş zəhərlənməsinə gətirib çıxarır. Bəzən də böyrək çatışmazlığına səbəb olur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə