AZAL-da mətbuat katibi vəzifəsinə təyinat olub

AZAL-da mətbuat katibi vəzifəsinə təyinat olub

Nərmin Xəlilova Paşa Kəsəmənskinin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

SİA xəbər verir ki, Nərmin Xəlilova Azərbaycanın KİV-ində böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb.

Qeyd edək ki, qurumun İctimaiyyətlə əlaqələr xidmətinə Paşa Kəsəmənski rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə