Narkomaniyaya qarşı hansı tədbirlər görülür? - DİN RƏSMİSİ DANIŞDI
"Cari ilin 8 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2 ton 856 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Onun bir ton 308 kiloqramı heroin, 152 kiloqramı tiryək, 19 kiloqramı həşiş, 1 ton 265 kiloqramı marixuana, 291 kiloqramı isə metamfetamindir". Bu fikirləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin azirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O qeyd edib ki, ümumilikdə 8 ay ərzində 7344 fakt aşkarlanıb: "5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5149 nəfər kişi, 160 nəfər isə qadındır. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin bütün növlərinin yayılmasına qarşı mübarizə tədbirləri həyata keçirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin ifşa olunaraq istintaqa təhvil verilməsi istiqamətində əməli tədbirlər davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB