Bəşəriyyəti narahat edən ən mühüm problemlərdən olan narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalıdır. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şərq qəsəbəsində təşkil edilən “Narkomaniyaya əsrin bəlasıdır” adlı tədbirdə səsləndirilib. Tədbirdə rayon polis şöbəsinin əməkdaşları, kənd xəstəxanasının tibb personalı, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq qəsəbənin mərkəzində Şəhidlər abidəsinin ziyarəti ilə başlayıb.
Çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən danışıb, narkomaniyaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini vurğulayıblar.
Sonda narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB