DİN çəkilmiş görüntülərlə bağlı məlumat yayıb

DİN çəkilmiş görüntülərlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb. Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər.

Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə