Xəzər Gənclər Evində yeni tədris ilinin başlanması ilə əlaqədar şəhid ailələrinin üzvləri olan şagirdlərlə görüş keçirilib. Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, “Huawei Technologies Azərbaycan” MMC-nin Baş direktoru Xu Hui və digər rəsmi şəxslər iştirak edib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına xidmət edən təşəbbüsləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Son illərdə respublikanın bütün bölgələrində olduğu
kimi, Xəzər rayonunda da təhsil infrastrukturunun müasirləşdirilməsi üçün ardıcıl tədbirlər görülür. E.Salahov Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərinin xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu bildirib.
Milli Məclisin deputatı Soltan Məmmədov şəhid ailələrini salamlayaraq onlarla görüşməkdən qürur duyduğunu vurğulayıb. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin şəhid ailələri və qazilərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. Bildirib ki, Azərbaycanda gənclərin daha keyfiyyətli təsil alması üçün döpvlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda yeni məktəblərin tikildiyini, bir sıra məktəblərin isə əsaslı təmir olunduğunu vurğulayıb. Şəhid ailəsinin üzvləri olan şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Milli Məclisin deputatı Rauf Əliyev təhsilin hər bir ölkə üçün strateji əhəmiyyətə malik sahə olduğunu deyib. Bu istiqamətdə ölkə rəhbərliyinin nəzarəti altında həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
“Huawei Technologies Azərbaycan” MMC-nin Baş direktoru Xu Hui Azərbaycanda təhsillə bilavasitə bağlı olan layihələrdə iştirak etməkdən məmnun olduğunu vurğulayıb. Bildirib ki, təmsil etdiyi qurum sosial layihələrə, xüsusilə də təhsillə bağlı təşəbbüslərə xüsusi önəm verir.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov təhsilin hər bir millətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gənclərinin qarşısında duran ən vacib məsələ yaxşı mütəxəssis kimi formalaşmaqdır.
Tədbirdə Milli Məclisin deputatı Soltan Məmmədovun təşəbbüsü, “Huawei Azərbaycan” şirkətinin dəstəyi, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonunda yaşayan şəhid övladları və aztəminatlı ailələrdən olan 50-yə yaxın şagirdə məktəb ləvazimatları təqdim olunub. “Bakı Tikiş Evi” ilə əldə olunmuş razılaşmaya uyğun olaraq, bu şagirdlərə pulsuz məktəbli formalarının da təqdim olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə