AQTİ laboratoriyası səriştəlilik sınağında uğurlu nəticə əldə edib - FOTOLAR
Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bununla yanaşı laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, kadrların potensialının artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən SİA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Abşeron Regional Sınaq Laboratoriyası İngiltərənin "Fapas" şirkəti tərəfindən təşkil edilən, 70-dən artıq xarici laboratoriyanın qatıldığı səriştəlilik sınağında iştirak edib.
Səriştəlilik sınağı çərçivəsində laboratoriyada zeytun yağı məhsulunda peroksid ədədi və turşuluq parametrləri üzrə sınaqlar aparılıb. Sınaq zamanı əldə olunan göstəricilərə əsasən laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından uğurla çıxıb.
Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası müxtəlif vaxtlarda aparıcı ölkələrin laboratoriyalarının iştirakı ilə keçirilən İngiltərənin “Fapas”, “LGC standard”, Fransanın “Bipea” kimi təşkilatlarının təşkil etdiyi beynəlxalq laboratoriyalararası sınaqlarda iştirak edərək yüksək nəticələr əldə edib. Laboratoriya öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun fiziki-kimyəvi, mikrobioloji və toksikoloji sınaqlarını apararaq sınaq protokolları ilə rəsmiləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB