Paket çaylardan istifadə edənlər diqqətli olsunlar - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Paket çaylardan istifadə edənlər diqqətli olsunlar - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Özünü mütəxəssis adlandıranlar, elmi dərindən araşdırmayanlar atma çaylarla bağlı özlərindən fitvalar verirlər. Atma çaylar iki cürdür. Paketləri plastikdən hazırlanmış çaylar var. Həmin çayı suya atdığımız zaman suya nano və mikroplastiklər gedir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, nanoplastiklər orqanizmdə depolanaraq gələcəkdə hansısa fəsadların yaranmasına səbəb ola bilər: "Bu səbəbdən atma çay alarkən diqqətli olmalıyıq. Bundan əlavə olaraq çox içində diri-diri yarpaqlar olan çaylara üstünlük verməliyik. Çox ovuntulu çaylar istifadəyə yararsızdır. Həmçinin çayın rənginə də diqqət yetirməliyik. Əgər, çayın rəngi tünd olarsa, deməli həmin çayın tərkibinə qida boyası qatılıb.

Sklerenxima toxumasından əldə edilən liflərdən düzəlmiş paketlər insan orqanizmi üçün heç bir fəsad vermir. Çünki bunlar plastikdən düzəltmə paketlər deyil. Bu çayların paketləri bitki mənşəli olduğuna görə, bu çaylar tullantı çay ola bilməz. Həmin kətana bənzər çayların görünüşü də fərqlidir. Həmin paketlərin içərisinə ovuntulu yox, yarpaq çaylar qoyulur.

Plastik çaylar insan orqanizmi üçün zərərlidir. Amma elə bir şey yoxdur ki, atma çayı suya atanda o ərisin. Paketi ona görə düzəldiblər ki, içərisindəki çay dağılmasın. Paket bitki mənşəli olsa belə çayda ərimir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə