Xəzər rayonunda səhiyyə işçiləri ilə növbəti görüş keçirilib - FOTOLAR
09 sentyabr 2022-ci il tarixində Xəzər rayonu 14 nömrəli birləşmiş şəhər xəstəxanasında YAP İdarə Heyətinin üzvü, Millət Vəkili Rauf Əliyevin təşəbbüsü ilə səhiyyə işçiləri ilə növbəti görüş keçirilib. Görüşdə YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü, Millət Vəkili Rauf Əliyev, 14 nömrəli birləşmiş şəhər xəstəxanasının kollektivi iştirak edib.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısının bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, səhiyyəyə göstərilən qayğı nəticəsində əldə edilən uğurlardan söz açıb. O, çıxışını davam etdirərək, uğurlu siyasətin nəticəsi kimi ölkəmizin səhiyyə sahəsində çalışan siyasi fəalların da partiyanın sıralarında çoxluq təşkil etdiyini vurğulayıb.
YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov səhiyyə işçiləri qarşısında duran vəzifələri xatırladıb. Rayonun səhiyyə sistemində son illər əldə olunan nailiyyətlərlə yanaşı, mövcud olan problemlərdən söhbət açıb.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Rauf Əliyev çıxış edərək, Ulu öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsindən, Xəzər rayonun səhiyyəsində əldə edilən uğurlardan ətraflı söz açıb. Rauf Əliyev tövsiyə etdi ki, hər bir səhiyyə işçisi və rəhbəri fəaliyyətinə ciddi fikir verməli, ölkə səviyyəsində səhiyyə sistemi qarşısına qoyulan tələblərə uyğun işini qurmağa səy göstərməlidirlər. Çıxışın sonunda hər kəsə fəaliyyətlərində uğurlar, müvəffəqiyyətlər arzulayıb.
Görüş maraqlı diskussiya şəraitində keçib, partiya fəallarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB