Çörəkotunun faydaları nələrdir? - MÜTƏXƏSSİS DANIŞDI

"İslam Peyğəmbəri Məhəmməd əleyhisalam ''çörək otunda ölüm xaric hər xəstəliyin şəfası vardır'' deyə buyurur". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.

Onun sözlərinə görə, min illərdir çörək otundan dərman hazırlamaq üçün istifadə olunur: "İmmunitet sisteminin gücləndirilməsindən tutmuş mədə və həzm problemlərinədək çox faydalı bir toxumdur. Həmçinin çörək otu un məmulatlarında çörək və digər məmulatların üzərinə bəzəmək üçün istifadə olunur. Həm toz halında, həm də sıxılaraq yağ şəklində satılır. Tərkibində kalsium, dəmir, sink, mis, tiamin, niasin, fosfor və fol turşuları zəngindir.

Çörək otunu supunuza, salatınıza əlavə edərək qəbul edə bilərik. Gün ərzində 1 çay qaşığı çörək otu və ya yağının istifadə olunması tövsiyə edilir.

Çörək otu yağında bol miqdarda hüceyrələri sərbəst radikallardan qoruyan antioksidantlar mövcuddur. Timokinon bu birləşmələrdən biridir. Bu ağciyərlərə çox faydalıdır, iltihabın və qaraciyər zədələnməsinin qarşısını alır. Bəzi araşdırmalar çörək otu yağının xolesterin və qan təzyiqini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaltdığını ortaya qoyur. Həmçinin çörək otu dəstəyi qəbul edən tip 2 diabet xəstələrində qan şəkərinin səviyyəsinin aşağı düşdüyü müşahidə edilib.

Çörək otu yağı omeqa 6 və omeqa 9 yağ turşuları ilə də zəngindir. Omeqa 6 saçların uzanmasına və dəri yenilənməsinə faydalıdır. Omeqa 9 isə enerjinizi artırıb sizi gün ərzində gümrah olmağınıza dəstək olur. A, B və C vitamini ehtiva edən çörək otu yağı dərinin nəmliliyin qorunmasına dəstək olur və dəriyə gözəl görünüş qazandırır.

Bir çox araşdırma allergik rinit müalicəsində çörək otunun faydalı olduğunu ortaya qoyur. Burun tıxanması, brun axması, asqırma və burun kanallarının şişməsi kimi allergic reaksiyalarda da faydalı nəticələr verir. Bundan savayı çörək out öskürək üçün faydalıdır, həzmi asanlaşdırır, qrip müalicəsində istifadə olunur, naş ağrısını azaldır, revmatizmə müsbət təsir edir, yaraların tez sağalması və bir çox problemlərin aradan qaldırılmasında faydalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə