Sinqapur hava gəmisi Bakıda təcili eniş edib

Sinqapur hava gəmisi Bakıda təcili eniş edib

"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

SİA xəbər verir ki, "Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə