“E-qanun” mobil tətbiqinin təqdimat mərasimi keçirilir - YENİLƏNİR-FOTO

Hüquqi aktların vahid elektron bazası “E-qanun” mobil tətbiqinin təqdimat mərasimi keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Qanunvericilik baş idarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Razi Nurullayev və Nurlan Həsənov və digər rəsmilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, bu gün milli qanunvericiliyimiz çox dinamik işləyir: “Əhalinin hüquqi bililərinin açılması məqsədilə Hüquqi aktların vahid elektron bazası istifadəyə verilib. 10 minlərlə normativ sənədi özündı ehtiva edən Hüquqi aktların vahid elektron bazası “E-qanun.az” saytı interaktiv şəkildə fəaliyyət göstərir. Bu tətbiq vasitəsilə artıq vətəndaşlarımız bir çox notariat hərəkətlərini reallaşdıra bilir. “E-qanun” mobil tətbiqi normativ sənədlərin əldə olunması əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədilə yaradılıb”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə