Nazir müavini Yevlaxda vətəndaşların müraciətini dinləyib

Nazir müavini Yevlaxda vətəndaşların müraciətini dinləyib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sentyabrın 8-də Yevlax rayonunda sakinləri qəbul edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə