102-yə ən çox hansı məsələlərlə bağlı zəng edilir? - QURUMDAN AÇIQLAMA VERİLDİ
"102 Zəng Mərkəzinə müxtəlif məzmunlu müraciətlər daxil olur". Bu barədə DİN mətbuat xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib.
Daxil olan bütün müracətlərə çevik reaksiya verilməklə müvafiq Baş İdarə, idarə, şöbə bölmələrə yönəldilir. Heç bir müraciətə “əsassızdır, səhvdir”, deyə etinasız yanaşılmır, müraciət müəllifinə belə hallarda izahedici məlumat-cavablar verilir.
Yalan məlumat vermə halı çoxluq təşkil etmir, çünki yalan məlumat vermə hüqiqi məsuliyyət yaradır. Cəmiyyətə məlumdur ki, verilən hər bir məlumat mütləq yoxlanılır. 102 Zəng Mərkəzinin fəaliyyəti elə təşkil olunub ki, bütün daxil olan zənglər, müraciətlərin rəqəmsal qeydiyyat-uçotu aparılır. Daxil olan müracətlər sırasında onlayn dələduzluq, sosial şəbəkələrlə bağlı vətəndaşların qarşılaşdıqları neqativ hallar, məişət səs-küyü çoxluq təşkil edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB