Ana olmaq üçün ideal yaş neçədir? - VACİB MƏQAM - PSİXOLOQ DANIŞDI

Ana olmaq üçün ideal yaş neçədir? - VACİB MƏQAM - PSİXOLOQ DANIŞDI

“Ana olmaq üçün ideal yaş 22-23 yaş sayılır”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib.
Onun sözlərinə görə, ana olmağın əslində standart yaşı yoxdur: “Elə qadın var ki, 25 yaşı var və ana olmağa psixoliji çox cəhətdən hazırdır, çox olğundur, ana olmağın məsuliyyətini dərk edir. Amma elə qadın da var ki, 30 yaşı var və valideynlik məsuliyyətini dərk edə bilmir, ana olamağa hazır olmadığını bildirir. Lakin qeyd edim ki, mən ilk 25 yaşımda ana oldum, 2-ci dəfə isə 35 yaşımda ana oldum. Amma onu qeyd edərdim ki, ana olmaq duyğusunu 35 yaşımda daha yaxşı anlamışam. Uzun bir müddətdən sonra yenidən ana olduğu zaman o hissləri daha güclü şəkildə yaşayır. Həmçinin bir çox qadın da bu cür fikirləşir.

Valideylər çalışmalıdır ki, cəmiyyətə sağlam bir şəxsiyyət vermək üçün olğun yaşda övlad sabihi olmalıdırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə