Azyaşlı qızların təcavüzə məruz qalmasının günahkarı KİMDİR? - PSİXOLOQ DANIŞDI
“Azyaşlı uşaqlara təcavüz elmi dildə "Pedofiliya" adlanır”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Abbasova bildirib.
Onun sözlərinə görə, əsas günahkar isə valideynlər və cəmiyyətdir: “Xüsusilə də cəmiyyət qınağı. Qız uşaqları ilə yanaşı oğlan uşaqları da təcavüzə uğrayır. Hətta 1/2 yaşında belə təcavüzə uğrayan körpələr olub və bəlkə də hələ də bu hal davam edir. Çünki valideynlər belə məsələləri ört-basdır etməyə çalışırlar. "Camaat nə deyər?", "Böyüyəndə alan olmayacaq", "Ayıbdı", Qohum əqraba içinə necə çıxarıq" ,"Məhkəmələrdə sürünməyə vaxtım yoxdur", "Rüsvay ola bilmərəm" və s. kimi ifadələr çox işlənir. Hətta uşağı belə qorxudurlar, sanki günahkar onlarmış kimi "Kimsə bilsə səni öldürərəm", "Əmi sadəcə sənlə oynayırdı" və s. Belə hallarla qarşılaşmamaq üçün sakit durmaq yox, əksinə arxasıyca gedib haqqı-ədaləti, qanunu tapmaq lazımdır. Təcavüzçülərlə bağlı heç bir tədbir görülmədikdə daha da bu hallar artır və artacaq da.
Xüsusilə valideynlər çalışmalıdır ki özgüvənli, özünəinamlı uşaqlar yetişdirsinlər. Birdə cinsiyyətin önəmi yoxdur. Hə bir vəziyyətdə onlara dəstək olub, kömək etsinlər. Hər zaman yanlarında olsunlar. Valideyn güvəni, sevgini tam verdikdə heç bir zərər gəlməz. Bu hallarla qarşılaşan insanlar isə yaşından asılı olmayaraq təcavüzə uğrayıbsa və uğramağa davam edirsə sakit durmasın, özünü müdafiə etsin sona qədər və psixoloji dəstək alaraq həyatına davam etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB