"Şuşada dövlət xidmətlər mərkəzi artıq müəyyən olunub. Bununla da əlaqədar olaraq artıq təmir işlərinə başlanılıb". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib
Sədrin sözlərinə görə, gələn ilin sonuna artıq Şuşada "ASAN" xidmət mərkəzi istifadəyə veriləcək: "Lakin digər işğaldan azad olunan ərazilərdə infrasturuktur yenidən qurulur. Hər şey sıfırdan düzəldiləcək. Buna görə də həmin ərazilərdə təmir bərpa işləri başlayandan sonra da təbii ki, digər işğaldan azad olunmuş ərazilərimizdə də "ASAN" xidmət mərkəzləri yaradılacaq".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB