Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB