"Uşaqlara şiddət göstərən insanları görəndə hiddətlənirik" - SORĞU
Bəziləri şiddəti uşağın tərbiyəsində lazımlı vasitə kimi görür. Lakin şiddət günahkarlıq, utanc, özünə nifrət kimi hisslərin uşağın şəxsiyyətinin təməlində yerləşməsinə səbəb olur. Uşaqlara etdikləri hər səhvə görə qışqırmaq və danlamaq onların davranışlarını düzəltmək üçün kifayət deyil. Əksinə, davamlı qışqırmaq, danlamaq uşaqlara fiziki, psixoloji və sosial cəhətdən mənfi təsir göstərərək onların inkişafına xələl gətirir. SİA bağça və tədris mərkəzlərində uşaqlara şiddət göstərilməsi ilə bağlı bağça direktoru və tərbiyəçi müəllimin fikirlərini öyrənib.
“Karusel” uşaq bağçasının direktoru Xəyalə Əzizli: “Son günlər video görüntüləri yayılan mərkəzdə baş verənlərə münasibət bildirmək sarsıdıcıdır. Belə halların yaşanması hər kəsdə qarşı tərəfə qəzəb yaradır. Biz təhsil və tərbiyə verənlər, gələcəyə sağlam ruhlu şəxsiyyət yetişdirmək üçün çalışarkən, psixoloji durumu düzgün olmayan, gördüyü işin məsuliyyətini anlamayan və hər şeydən önəmli, mütəxəssisəm deyib uşaqlara şiddət göstərən insanları görəndə hiddətlənirik.
Təəsüflər olsun ki, bir çox təhsil müəssisələri tərbiyəçi və ya uşaqla birbaşa işləyən məsul şəxslərin psixoloji durumundan xəbərsizdir. İşə qəbuldan əvvəl öncə işəgötürən çalışacaq olan şəxsin işini izləyərək ona sınaq müddəri verilməlidir. Uşaqlara olan sevgisi, uşaqlarla danışıq tərzi, onlara ötürdüyü enerji və uşaqların ona olan sevgisi nəzərdən keçirilməlidir. Bu müddət şəxsə görə dəyişə bilər. Bütün bunlar test edildikdən sonra təbii ki, rəhbərliyin nəzarəti ilə uşaqları mütəxəssisin ixtiyarına vermək olar. Yəni bu izləmə daimi olmalıdır”.
Xətai rayonu 316 saylı uşaq bağçasının tərbiyəçi müəllimi İlhamə Sarıyeva: “Qayğı və sevgiyə ehtiyacı olan körpələrlə belə davranışlar bağışlanılmazdır. Hər hansı bir müəssisəni maddiyyat naminə açmaq, səriştəsiz təcrübəsiz əməkhaqqı almaq naminə işləyən şəxsləri işə götürmək günahsız körpələrin belə işgəncə görmələrinə gətirib çıxarır. Cəmiyyətə sağlam ruhda tərbiyə olunmuş uşaqlar lazımdır. Bizim gələcəyimiz onların əlindədir.
Bizim qrupumuz uzun illərdir fəaliyyət göstərir və həmişə fəaliyyəti ilə seçilən qrup olaraq öz işini davam etdirir. Sevgi ilə əhatə olunmayan körpələr saglam ruhda tərbiyə ala bilməz. Bİzim bagçadakı uşaqlar peşəkar pedaqoqların rəhbərliyi altında təlim-tərbiyə alırlar. Müəssisəmizin rəhbəri Nabat Rəfiyeva bu yöndə əlindən gələni əsirgəmir. Onun məsuliyyətli iş prinsipi nəticəsində bağçamız həmişə sayılıb seçilən bağçalar sırasında inamla yeni uğurlar qazanmağa doğru addımlayır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB