Tezliklə bu bölgələrdə də yeni "ASAN xidmət" mərkəzləri istifadədə olacaq - QURUM RƏSMİSİ BİLDİRDİ

Tezliklə bu bölgələrdə də yeni "ASAN xidmət" mərkəzləri istifadədə olacaq - QURUM RƏSMİSİ BİLDİRDİ

"Hazırda Azərbaycanda 24 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Qurum rəsmisi bildirib ki, onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə