"Cənnət xurması kiçik olsa da qida dəyəri yüksək, çox faydalı bir meyvədir. Həzm sistemi xəstəliklərindən xərçəng xəstəliyinə qədər sağlamlıq baxımından çox faydası var". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, tərkibcə bol miqdarda zülal, selüloza, fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium, lif, tiamin (B1), riboflavin (B2), folat qaynağıdır: "Lif baxımından zəngin olduğundan çəki atmaq istəyənlər üçün də yaxşı bir seçimdir. Ürək xəstəliyi, diabet daxil bir çox xəstəliklər üçün şəfa qaynağıdır. Bu xurma qan təzyiqini tənzimləyir, iltihabı azaldır və xolesterin səviyyəsini aşağı salaraq ürək sağlamlığına dəstək olur. Cənnət xurması C vitamini ilə zəngin güclü bir antioksidant qaynağıdır. Bu meyvədə olan mis dəmir sorulmasına və qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edir. Yorğunluq və stress aradan qaldırmaq baxımından da faydalı bir meyvədir. Cənnət xurmasının içindəki çəyirdəklər istehlak edilməməlidir. Bəzi şəxslərdə qusma və baş hərlənməsinə səbəb ola bilər. Heyvanlar üçün təhlükə yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB