Bakıda 13 yaşlı qız ana olub

Bakıda 13 yaşlı qız ana olub.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib:"Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır,13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir"- deyə o əlavə edib.

Mərkəz rəhbəri qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə