“Davamlı sülh inkişafın təməlidir” mövzusunda müzakirələr aparılıb
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Davamlı sülh inkişafın təməlidir” mövzusunda tədbir keçirilib. SİA Komitənin saytına istinadla xəbər verir ki, çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, davamlı sülh, əmin-amanlıq, həmçinin ictimai-siyasi sabitlik inkişafın təməlidir. Bildirilib ki, respublikamızda müxtəlif dinlərin, xalqların nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Sonda mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB