Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinin müavini ilə görüşüb - FOTO
Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.
Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB