Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşüb - FOTO

Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşüb - FOTO

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb.

Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə