Əgər qarın piylərini tez əritmək istəyirsinizsə, qidalanmanıza fikir verməlisiniz. Pəhriz siyahısına əlavə edəcəyiniz yağ yandıran qidalar sayəsində qarın yağlarını qısa müddətdə əridə bilərsiniz. Maddələr mübadiləsini sürətləndirən və yağların yandırılmasını asanlaşdıran bu qidalar sayəsində düz qarına sahib ola bilərsiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, qarın piylərindən qurtulmaq istəyən şəxslər bu kimi qidalardan istifadə edə bilərlər.
1.Qatıq
Qatığın tərkibində çoxlu protein var. Bu səbəbdən arıqlamaq istəyənlər üçün əla seçim ola bilər. Qatıq istehlak edərkən, bədən kalori yandırmağa çalışarkən protein yandırmağa çalışır. Qatıq istehlak etməklə həzm sisteminin daha nizamlı işləməsini təmin edə bilərsiniz. Bağırsaq hərəkətlərini tənzimləyən qatıq qəbizliyin qarşısını alaraq şişkinliyi də aradan qaldırır. Metabolizmanın sürətli işləməsini təmin edərək yağ yandırılmasını dəstəkləyir.
2. Darçın
Darçın arıqlama proseslərində çox kömək edir. Mütəmadi olaraq darçın istehlakı gün ərzində yaşanan aclıq və şirin böhranların qarşısını alır. Darçın qan şəkərini tarazlıqda saxlayır və mədədə toxluq hissi verir. Bu sayədə çox kalori qəbulunun qarşısını alır. Darçın həm də iştahı yatır. Bəzi tədqiqatlar göstərir ki, yeməklərə bir çay qaşığı darçın əlavə etmək qan şəkərinin metabolizmasını 20 dəfəyə qədər sürətləndirir. Bu sayədə darçın qarın nahiyəsindəki piyləri qısa müddətdə yandırır.
3. Qreypfrut
Qreypfrutun tərkibində çox az miqdarda karbohidrat var. Qreypfrutda 90 faiz su var. Tərkibindəki limon turşusunun zəiflədici təsirinə görə sağlam qidalanmanı dəstəkləyir. Arıqlamaq üçün qreypfrutu acqarına istehlak etmək məsləhətdir. O, həmçinin anemiyaya yaxşı təsir edir, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir, soyuqdəymə və qripi müalicə edir. Maddələr mübadiləsini sürətləndirən qreypfrutun yanmasını asanlaşdırır. Həzm sisteminin müntəzəm fəaliyyətinə təsir göstərir. Orqanizmdə yığılan ödemi və toksinləri xaric edir. Şişkinliyi aradan qaldırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB