Azərbaycanda tədris ili 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün “Bilik Günü” elan edilmişdir. Bu gün bütün şagirdlər və tələbələr üçün özəl gün hesab edilir. Demək olar ki, hər kəsin həyatında məktəb və tələbəllik illəri ilə bağlı çox gözəl xatirələri var. Bəs gəlin görək şəhər sakinləri bu il məktəbə necə hazırlaşır? Qiymətlər onları qane edirmi? Məktəbli formasında olan dəyişikliklər onları qane edirmi? Bütün bu sualların cavabını tapmaq məqsədi ilə SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Rəşad Quliyev: “ Mənim bu il 2 nəvəm məktəbə hazırlaşır. Onların məktəb bazarlığı artıq hazırdı. Təbii olaraq hər şeyin qiyməti qalxır buna görə də məktəb ləvazimatlarında da artım müşahidə olunur. Keçən illə müqayisədə isə məktəb ləvazimatları o qədərdə baha deyil. Yeni tədris ili münasibəti ilə də bütün şagirdləri və tələbələri təbrik edirəm. Hər birinə uğurlar arzu edirəm”.
Şəhər sakini Dadaş Məmmədli: “Hər kəs öz övladın keyfiyyətli məhsul almaq istəyir. Lakin indiki məhsulların keyfiyyəti aşağı, qiyməti isə bahadır. Bir uşağın məktəbə getməsi üçün 150 manat laızmdır. Təbii ki, bu məbləğdə hər kəsin cibinə uyğun deyil. Lakin bununla belə hər kəs öz uşağına ürəyincə olan məhsullu almaq istəyir. Bu baxımdan qiymətlərin qiyməti aşağı olsa yaxşı olar”.

Şəhər sakini Arzu Əliyeva: “15 sentyabr “Bilik günü” kimi qeyd edilir. Bu gün bütün şagirdlər üçün özəl gündür. Hər zaman bu günlər bir xatirə kimi danışılacaq. Bu münasibətlə də bütün şagirdləri təbrik edirəm. Məktəb illəri insan həyatının ən gözəl illəridir”.
Şəhər sakini Qasım Ənvərli: “Mənim evdə dərsə gedən övladım və ya nəvəm olmadığı üçün qiymətlərdən xəbərdar deyiləm. lakin onu deyə bilərəm ki, təhsil səviyyəmiz getdikcə inkişaf etsə daha yaxşı olar. Çünki təhsil bir millətin həyatında mühim rol oynayır. Ona görə ölkəmizdə təhsil nə qədər yaxşı olarsa, insanların həyatına da bir o qədər müsbət təsir edər”.

Şəhər sakini Rasim Quliyev: “İki nəvəm var hər iksi də məktəbə gedir. Məktəb alış-verişi etməmişik. Amma yaxın günlərdə etməyi düşünürük. Deyə bilərəm ki, qiymətlərdə artım müşahidə olunur. Bunu məncə hamı hiss edib. Bir ailədən bir neçə uşaq məktəbə eyni vaxtda gedirsə həmin ailədə müəyyən sıxıntılar yaranır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB