Uşaqlar niyə barmaq əmir? - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

Uşaqlar niyə barmaq əmir? - DİQQƏT! - PSİXOLOQ AÇIQLADI

"Uşaqların barmaq əmmə səbəbləri müxtəlifdir. Bəzən uşaqlar barmaq əmməyə bağça yaşından başlayırlar". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bunun səbəbi əslində uşağın körpəlik vaxtlarından qaynaqlana bilir: "Bəzi uşaqlar əmzikdən çox istifadə edirlər və onları birdən-birə əmzikdən ayıranda da barmaq əmməyə meyilli olurlar. Özlərini sakitləşdirmək üçün, əsəbləşəndə yaxud da tək qalanda barmaq əmirlər. Məsələn bağçada uşaq valideyini gec gəldiyi üçün onu gözləyəndə bu proses baş verir. Çünki digər uşaqların valideyinlərinin vaxtında gəldiyini görür və onda darıxma hissi yaranır və barmağını əmməyə başlayır. Ona görə də bu məsələyə biraz fərqli cür yanaşırlar. Əslində uşağın çağalıq dövrü araşdırılmalıdır ki, ana südünü neçə ilə əmib yaxud da əmzikdən çox istifadə edib? Butulka yeməyindən çox istifadə edib-etmədiyi, ana südündən bir anda kəsilib-kəsilmədiyi dəqiqləşdirilməlidir. Bu məsələlər çox vacibdir. Bunu həm pediatr, həm nevropotoloq, həm də psixoloq araşdırır. Müxtəlif yaşlarda barmaq əmmələr fərqli olur. Çox vaxt sakitləşdirici effekt verdiyi üçün uşaqlar bundan ayrıla bilmir. Amma qətiyyən uşağın barmaq əmməsinə görə əlinə istiot və ya acı sürmək uşağa tamamilə ziyandır. Ona görə də bunun ən gözəl üsulu psixoloji yolla araşdırılıb aradan qaldırılmasıdır. Əsasən də 3 yaşından yuxarı uşaqlarda bunun nəticəsini əldə etmək olar, amma 3 yaşdan aşağı uşaqlarda nəticə əldə etmək tez olduğu üçün valideynlər övladlarını cəzalandırmamalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə