Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI
“Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir”. Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, arabir güclənən şimal-qərb küləyi əsəcək: “Sentyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maxsimal temperaturu 20-24 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit küləkli və yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB