"Günəşli havada insanda serotonin hormonu ifraz olunur və bu da bizim xoşbəxtliyimiz, özümüzü yaxşı hiss etməyimiz üçündür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.
Onun sözlərinə görə, belə havalarda günəş olmayanda serotonin ifraz olunmadığı üçün özümüzü apatit hiss edə bilərik: "Həmçinin, hava biraz qaranlıq olduğu üçün bioloji tərəfdən beynimizdə yuxuya gətirib çıxarır. Yəni, insan özünü yuxulu hiss edir".
Psixoloq sözlərinə belə davam edib: "Bəs, belə hallarda nə etmək olar? Sevimli işlərimizlə məşğul olmaq, mütaliə etmək, məqsədlərə doğru hərəkət etmək olar. Həmçinin, bizə pozitiv enerji verəcək dostlarımızla da görüşə bilərik.
Əgər insan günəşli havadan yorulubsa, yatmaq ona çox yaxşı təsir edəcəkdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB