Uşaqlara vərdiş necə aşılanır? - PSİXOLOQ AÇIQLADI

Uşaqlara vərdiş necə aşılanır? - PSİXOLOQ AÇIQLADI

"Uşaqlara müəyyən vərdişləri aşılamaq üçün uşaqla emosional bağ qurmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fidan Nəzirova bildirib.

Psixoloqun sözlərinə görə, bunu müəyyən oyunlarla etmək mümkündür: "Oğlandısa oğlana aid oyuncaqlara, qız uşağıdırsa kuklarla və s. başqa cür oyunlar qurub vərdişini aşılamaq olar. Uşaqlara müəyyən vərdişi aşılamaq üçün ən gözəl metodlardan biri Art terapiyadır, rəsm üzərindən müəyyən şəkillərlə uşağın emosional gərginliyini azaldıb bir çox vərdişlər yaratmaq olar. Neqativ vərdişləri dəyişməkdə mümkündür, əks vərdişə çevirmək üsülü ilə asanlıqla neqativ vərdişlərin öhdəsindən də gəlmək olur".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə