Abşeron rayonunda şəhid ailələrinin, müharibə əlillərinin və Vətən Müharibəsi qəhrəmanlarının yaşadığı yeni yaşayış kompleksində genişmiqyaslı iməcilik keçirilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan iməcilikdə rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları iştirak edib. SİA xəbər verir ki, iməcilik zamanı kompleksin ətrafı məişət tullantılarından, alaq otlarından təmizlənib və texniki vasitələrlə ərazidən aparılıb.
Mövcud ağac və gül kollarının ətrafı bellənib və suvarılıb. Kompleks sakinlərinin istək və arzularına uyğun olaraq ərazidə stadionun tikintisi ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq layihələndirmə işləri aparılıb, inşaat işləri üçün hazır vəziyyətə gətirilib.
Rayon ərazisində iməciliklərin keçirilməsi, yaşıllıqların salınması və ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB