Dünyada qida təhlükəsizliyi ilə bağlı hansı addımlar atılır - AİB SƏDRİ AÇIQLADI
"Azad İstehlakçılar Birliyi 1998-ci ildən etibarən Beynəlxalq İstehlakçı Təşkilatının üzvüdür". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, dünyanın 123 ölkəsi bu beynəlxalq qurumda birləşir: "Birmənalı şəkildə hər il keçirilən ümumdünya konqreslərində istehlak dünyada yayılmış bir çox içkilər istehlakçılar üçün təhlükəli içkilər kimi xarakterizə olunur. Körpələr üçün qidalar nəzərdən keçirilir. Ananın hələ doğum evində olduğu zaman körpə qidaları və süni qidalarla uşaqların qidalanması kimi ciddi problemlər önə çəkilir. Bundan əlavə olaraq fast food qidalar birmənalı şəkildə bütün dünyada istehlakçı üçün yarasız olan qida kimi xarakterizə olunur. Lakin bütün bunlara baxmayaraq bu zərərsiz qidalar önə çəkilir. İnsanlar reklama aldanmamalıdırlar. Onlar dərk etməlidirlər ki, onların sağlamlığı bircə ona lazımdır. Bir çox görkəmli adamların insanların sağlamlıqlarının keçiyində durması kimi çağırışları səmimi deyil. Görkəmli alimlərdən biri deyib ki, dünyanı aldatmaq üçün 20 nəfər pula satılmış alim kifayətdir. Bu çox doğru bir fikirdir. Ona görə də Beynəlxalq İstehlakçı Təşkilatının üzvü olan digər təşkilatlar bu kimi halların qarşısının alınması üçün mübarizə aparırlar".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB